Ermənilər (haylar) böyük xalqların əlində oyuncaq kimi qədimdən bu taleyi yaşayıblar Hadisə

Ermənilər (haylar) böyük xalqların əlində oyuncaq kimi qədimdən bu taleyi yaşayıblar

I yazı

XIX-XX yüzilliklərdə qərbli müstəmləkəçi ölkələr iqtisadi mənfəətlər uğrunda öz hegemonluqlarını Şərq üzərində yürütməklə bərabər avropalı, amerikalı elm adamları arxeoloyi qazıntılar nəticəsində aşkarlanmış qədim uyqarlıqların araşdırmasına da böyük diqqət yetirirdilər. Həmin qazıntılarla, tədqiqatlarla məşğul olan bir çox vicdanlı elm adamlarının tərəfsiz dəyərləndirmələrinə baxmayaraq, böyük üstünlüklə dünyadakı hakim siyasi-iqtisadi dairələrin maraqlarına uyğun olaraq aşkarlanmış məlumatlar birtərəfli ya hind-avropalı, ya da semit-hamit mənşəli mədəniyyətlərə aid edilirdi. Bu cür köklü tarixi yanlışlıqlara görə də son dövrdə ural-altay mənşəli xalqlarda milli oyanışın artması ilə dünya elmindəki qədim mədəniyyətlər haqda birtərəfli məlumatların təkrar, daha doğru qiymətləndirilməsinə ehtiyac yaranıb. Artıq şumer, hurrit, elam,etrusk, xett, massaget, sak, kimmer, iskit, skif və s. mədəniyyətlərin öntürklərə aid edilməsinə ciddi əsaslar tapılır. Digər mədəniyyətlərdən Uqarit, Ebla, Mari, Mitanna, Şubartu və başqalarının mənşələri haqda elmi mübahisələr də davam edir.
İlk öncə qeyd edilməlidir ki, ermənilərin özlərinə əcdad saydıqları frakiya (trakiya, Balkan yarımadası) hind-avropalı xalqlardan, "musklar"ın Ağrı dağı ətrafı ərazilərə yerləşmələri məsələsi tarix elmində hələ öz həllini tapmayıb. Hind-avropalı xalqlar Troya (Truva) müharibələrindən (m.ö. 1260-1194) sonra Bosfor, Dardanel boğazlarını keçərək tədricən Kiçik Asiya yarımadasına yayılmağa başlayırlar. Musklar həm də ermənilərin əcdadları sayılmayan friqiya, frakiya tayfalarına deyilirdi. Şərqi musklar m.ö. VIII əsrdə yeni-yeni Dəclə və Fərat çaylarının mənsəbi ərazilərə yerləşməyə başlayırlar. Həmin yüzilliklərdə bu ərazilərdə eyni zamanda Bosfordan və Şimali Qafqazdan keçən öntürk tayfalarından kimmerlər, trirlər (etrusk soylu), skiflər də yerləşirlər. M.ö.780-770-ci illərdə Urartunun hurrit əsilli başçısı Arqişti əsir düşən musqlardan və digər xalqlardan ibarət 6600 əsgəri müasir İrəvanın yaxınlığında yeni yaradılan Erebuni qalasına sürgün edib yerləşdirir. Urartu qalası kimi yaradılan Erebuni toponimi də hurritcədir. Bun kökü Urartu hökmdarı İşruni də, etrusk allahı Uno (Üunan), karfagenlərə runi deyilməsində, Şərqi Hun imreriyasının son xaqanı Punun (m.s. 46-cı il) adında da özünü qoruyub. İkinci qala da Arqiştixinili adlandırılır. Təxminən həmin yüzillikdə Araz çayı, Urmiya gölü ətrafı ərazilərdə massaqet-skif tayfaları da yerləşməyə başlayırlar.
Arqişti və Arqiştixineli (hind-avropalı xalqların tələffüzünə görə) adlarının mənaları da xüsusilə diqqət çəkir. Şumer və onlarla bir soylu hurrit dillərində, çox yəqin ki, sifətin çoxaltma dərəcəsi eyni mənanın təkrarı ilə yaranırmış. Müasir ural-altay dillərindən türkcədə həmin dərəcə eyni kökün təkrarı vasitəsi ilə yaranır: göy-gömgöy, ağ-ağappaq; monqollarda xara (qara) –xavxara (qarqara), saqan (ağ) – savsağan (ağarraq) və s. Aqlyutinativ (uarl-altay) dillərdə həm də vurğunu gücləndirmək və ahəngi artırmaq üçün də çox zaman eyni sait, samit təkrarən işlədilir. Fincə: Tallin, Aaavo, Kekkonen, Piikus və s. Monqolca: Aşaabaqat, Masaak, Malaan, Manşuud və s. Türklərdə: ayannabıttarın (yakutca getdilər), saahı (yaz), "Kulun Kullustuur" (olonxo, dastan), duuyindaa (yakutca eşidib dinləyib) və s. Həmin bu qədim dil qanunauyğunluğu aqlyutinativ dillərdən olan şumercə, hurritcə də özünü göstərirmiş. Ururda, Ararat, Urartu və s. hurrit adlarında ur, ar (er, ir kişi mənasında) kökü iki dəfə təkrarlanmaqla daha güclü kişilər; ta, da kökü də dağ kultunu bildirdiyi üçün, "güclü dağlı kişilər" mənasını yaradır. Şumer mifologiyasında göyün hami ruhları "iqiqlər" (annunakilər) adında da iq (ok, işıq) kökü təkrarlanmaqla xüsusiyyəti kəskinləşdirir. Qədim türklərdə "boyla" tanrıya yaxın ruh adı Dunay bolqarlarının Pereyaslav kitabəsində "Boyhaboyae" (ərərən, kişilər kişisi) adında iki dəfə təkrarlanmaqla keyfiyyəti daha da artırıb. Mövzunu genişlətmədən qeyd etmək olardı ki, hurritcə Arqişti adında həmin qanunauyğunluq özünü qoruyaraq Ar (Ur,er,ir, kişi) və kişi ti, ta (dağ kultu) köklərindən ibarət olmaqla "dağlı kişilər kişisi" (şahənşah) mənası daşıyır. "Kiş" kökü özünü eyni mənada (ər, kişi) Şumerdə Kiş, Azərbaycanda Kiş, qədim türklərdə ku-kiylər, Komi-Permdə Kiyi və s. ural-altay adlarında da qoruyub. Arqiştixineli də (təhrif olunmuş şəkildə) Arqişti, xin (xan), il (el) köklərindən ibarət olmaqla Arqişti xanın eli (oba, yurd, şəhər) mənasında işlədilib. El kökü həmin mənada Elam, Tamil, Karel, Mari-El, Böyük El (Göy Türk xaqanlığı), Türkmən-El, Qaqauz-El və s. qədim, müasir adlarda da özünü qoruyub. Arqiştixineli də "xin" kökünün "xan" (başçı) mənasında işlədilməsini daha qədim tarixi məlumatlar da əsaslandırır. M.ö. XVIII-XV əsrlərdə semit-hamit tayfaları tərəfindən işğal olunan Şumer ərazilərini şərqdən gələn hurrit mənşəli giksoslar, kassitlər və s. tayfalar öz nəzarətlərinə alaraq Misirdə də güclənirlər. Onların Nil çayının deltasına yaxın ərazilərdə yaratdıqları yeni başkəndləri Avaris (avar, bar, var türk tayfa adının ən qədim şəkillərindən, bər-bərlər də bu kökdəndir), başçıları "xekan xasut" (xaqan), "Xian" (xan), din kahinləri Xekanaxta (xaqan) adlanırdı. Urartu dövlətinin başçılarından Sarduri adı da (sardlı kişi) hurrit sard (Urmiya ətrafı), etrusk sard tayfa adları ilə eyni mənşəlidir. Naxçıvanda Şərur yaşayış məskəni adı da buradan yaranıb. Hurrit urartularda dövləti idarə edən ailənin üzvləri də "ururda" adlanırdılar. Burada da iki eyni kökün təkrarlanması ilə "kişilər kişisi" "xanlar xanı" mənası yaranır. Silahlı tayfalara (orduya) "şureli" deyilirdi. Qədim türksoylu şu tayfası, şumer, şübartu xalq adları ilə eyni mənşəli olan bu ad da Şörəyelin (Şirak-El) sirak (massaget-skif)lardan törənməsinin davamıdır. Kimmerlərin, massaqet-skiflərin (siraklar) Cənubi Qafqazda uzunmüddətli var olmaları nəticəsində yaranan coğrafi adlardan biri də elə Şörəyel (Sirak-El) və burada yerləşən Gümrüdür (kimmerin təhrif olunmuş şəkli). Qars, Şörəyel (Ağbaba) ərazilərinə aid Arpağölünün, Arpa çayının adlanması da böyük ehtimalla, skiflərin, sirakların təsiri nəticəsində yaranıb. Skiflərin əcdadı Tarqitayın ikinci oğlu Arroksayla əlaqəlidir. Arroksay skif mifologiyasında əkinçiliklə su kultunu (çay, say) birləşdirən böyük hami ruhlardandır. Arroksay "su dünyasının xanı", sahibi sayılırdı. Bu fikri əsaslandıran səbəblərdən biri də skif mifologiyasında göydən düşmüş cüt motivi ilə ural-altay xalqlarından finlərin "Kalevala" dastanında dəmirçinin düzəltdiyi mifoloyi mahiyyətli cütün yaxınlığıdır. Şörəyel, Qarsa yaxın ərazilərdə yerləşən qədim ural-altay toponimlərindən Dvin, Talin ilə estonlarda Tallin, Dvina (çay) adlarının eyni mənşəli olmaları da həmin səbəblərdəndir.
Tarixdən bilindiyi kimi, massaget skiflərin birinci mərkəzi Tanrı (Tyan-Şan) dağları ətrafında, ikincisi Dnerr və Dnestr çayları arasında yerləşirdi. Kiyevin yaxınlığında Pereryatixa kurqanında tapılmış böyük şəxsiyyətin qalıqları skiflərin xanı Partatuanın (Bartatua)dır. Partatua (Herodotda Prototiy) Assiriya hökmdarı Asarxoddonun (m.ö.681-668) hərbi müttəfiqi idi. Böyük ehtimalla, Partatua (Prototiy) Alr Er Tonqanın assurca və yunanca tələffüzüdür. Bunu müasir roman dillərindən italyanca, ispancada Alberto adı da əsaslandırır. Parta, Barta kökü eyni ilə özünü Albaniyanın başkəndi Partav (Bartav Bərdə)ın yunanca tələffüzündə də göstərir. Alp Er Tonqa adında Alp-dan p, Er – Ar şəklində, Ton¬qanın da To hissəsi Parta səviyyəsində özünü yunanca qoruyub. Ümumiyyətlə, Alp Er Tonqanın Al Ber Tonqa yazılışı, oxunuşu daha düzgün olardı. Qədim mifoloyi görüşdə börü əcdaddan törəmə inancına görə də belə düzgündür. Al- qızılı-sarı, Ber-börü, şena, Tonqa - günəşin vəsfi halı mənalarından yaranıb. Al qızılı günəş kimi börü bildirir. Etruskların əcdadları Tarxanı, Tirseni də yunan tarixçisi Likofron "al qızılı börülər" adlandırırdı. Həm də Alp Er Tonqanın Partatua, Bartatua şəkli də yenə də türkcə rer, ber-börü, şenadan doğulan əcdad, ta, tua – dağ kultu inanc-ruh mənalarını birləşdirir, dağlı börü mənası daşıyır. Babilə və Midiyaya qarşı müharibələrdə skiflər assuriyalıların köməyinə gəlirdilər. M.ö. VII əsrdə onlar İran, Mesorotomiya ərazilərində daha da güclənirlər. Həmin dövrdə də hurrit tayfalarının yaratdıqları Urartu dövləti zəifləməyə başlayır və Midiyanın təsirinə düşür. Hay adlanan ermənilər də bu ərəfədə formalaşırlar...
Farslardan sonra haylar selevkilərin (yunanlılar) və romalıların təsirində qalırlar. Beləliklə, ermənilər (haylar) müasir dövrdə böyük xalqların əlində oyuncaq olduqları kimi, qədimdən də eyni taleyi daimi yaşayıblar.



Tahir Nəsib
araşdırmaçı