NEZ-in yenidənqurulmasına 450 mln. manat ayrılacaq İqtisadiyyat

NEZ-in yenidənqurulmasına 450 mln. manat ayrılacaq

Növbəti il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulma layihəsinin maliyyələşdirilməsi üçün 450 milyon manat ayrılması proqnozlaşdırılır.

“APA-Economics”ın əldə etdiyi məlumata görə, gələn il Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üçün 100 milyon manat, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu üçün 250 milyon manat, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85milyon manat və digər layihələr üzrə 373 milyon manat məbləğində vəsait nəzərdə tutulub.