İşdən çıxarılan prorektorun “NUR” məscidi Hadisə

İşdən çıxarılan prorektorun “NUR” məscidi

Qafqaz Universitetinin işdən çıxarılan prorektoru Şaiq Nəbiyevlə bağlı maraqlı məlumatlar üzə çıxıb.
Şaiq Nəbiyev Azərbaycanda Fətullah Gülənin əsas təbliğatçılarından bir hesab olunur. O, təmsil etdiyi cərəyan üçün kifayət qədər böyük işlər görmüş adam kimi həmişə "gülənçilərin" diqqət mərkəzində olub. Araşdırma zamanı məlum olur ki, Şaiq Nəbiyev nurçuluğun təbliği üçün məscid də tikdirib.
Yardımlı rayonunun Ostayır kəndində anadan olan Şaiq Nəbiyev məscidi elə öz kəndində inşa etdirib. Məlumata görə, Nəbiyev 2000-ci illərdə kənddə köhnə məscidin yerində ucaltdırdığı məscidin adını da "Nur" qoyub.
Aznews.az məlumatı dəqiqləşdirmək üçün kənd sakinləri ilə əlaqə saxlayıb. Sakinlər xəbəri təsdiqləyiblər. Onların sözlərinə görə, sözügedən məscidə "Nur" adının qoyulması kənddə narazılıqla qarşılanıb. Kənd sakinlərinin uzun mübarizəsindən sonra, cəmi bir neçə il əvvəl həmin "NUR" sözü məscidin üstündən sökülüb. Yalnız bundan sonra camaat məsciddən istifadə etməyə başlayıblar.
Xatırladaq ki, Qafqaz Universitetin tərbiyə işləri üzrə prorektoru və Rəyasət Heyətinin üzvü Şaiq Nəbiyev vəzifəsindən dünən azad olunub və RH-nin üzvlüyündən çıxarılıb.