"ABŞ və İran arasında müharibə tezliklə bitməyəcək, uzanacaq" Dünya

"ABŞ və İran arasında müharibə tezliklə bitməyəcək, uzanacaq"

Tərəflərin heç biri üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyəcəklər, çünki bu gün razılıq əldə edirlər, iki gündən sonra raketlər işə düşür".

Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının iclasında deyib ki,
ABŞ anlaşma memorandumunun öhdəliklərini yerinə yetirsə, İran buna dərhal qarşılıq verəcək.

Pezeşkian müharibənin heç kimin marağında olmadığını və rəsmi Tehranın ABŞ-la münaqişənin danışıqlar yolu ilə həllinə açıq olduğunu bildirib.

F.Kərimov deyib ki, tərəflər kəskin şərtlər irəli sürdüklərindən, razılıq əldə okunmur: "Silahlar susanda, hədə-qorxular, bəyanatlar işə düşür, bir müddət keçəndən sonra yenidən silahlar işə düşür. Ona görə də, ABŞ və İran arasında müharibə tezliklə bitməyəcək, uzanacaq".

Cavid