11:07
238
Rusiya hərbçiləri Kiyev vilayətində neft bazasına və dəniz dronlarının yığılması sexinə zərbələr endiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə akşamı Rusiya Müdafiə Nazirliyi bəyan edib.
"Kiyev vilayətində aşağıdakı obyektlər vurulub: Xotov yaşayış məntəqəsində pilotsuz katerlərin yığılması, təchiz edilməsi və saxlanılması sexi, Borispol yaşayış məntəqəsində Ukrayna Silahlı Qüvvələrini yanacaq-sürtkü materialları ilə təmin edən neft bazası", — deyə nazirlikdən bildirilib.
Məryəm Quliyeva