SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb İqtisadiyyat

SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Sentyabrın 1-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çinin Milli Dəniz Neft Korporasiyasının (“CNOOC”) sədri Canq Şanczyan ilə görüşüb.

"APA-Economics" SOCAR-a istinadən xəbər verir ki, söhbət zamanı tərəflər dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi, hasilatı, neft emalı, neft-kimya sahələrində investisiya imkanlarını, beynəlxalq ticarət üzrə əməkdaşlıq fürsətlərini, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətlərində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Görüş çərçivəsində SOCAR ilə “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd Azərbaycanda və digər ölkələrdə birgə “upstream” layihələrinin həyata keçirilməsini, habelə neft-qaz sektorunda texniki xidmətlər, avadanlıq və texnologiyaların təchizatı, mühəndislik, əməliyyat və texniki dəstək sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdə tutur.

SOCAR ilə Çinin SOCAR ilə Çinin SOCAR ilə Çinin SOCAR ilə Çinin SOCAR ilə Çinin