12:53
329
Sentyabrın 1-dən Azərbaycanda kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatıb və balıq ovu mövsümü açıq elan edilib.
“APA-Economics” xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bu tarixdən etibarən Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında müəyyən edilmiş qaydalara uyğun balıq ovu həyata keçirilə bilər.
Mərkəz balıq ovu ilə məşğul olan şəxsləri müəyyən edilmiş qaydalara riayət etməyə, su bioresurslarının qorunmasına həssas yanaşmağa və məsuliyyətli balıqçılıq prinsiplərinə əməl etməyə çağırıb.
Qeyd olunub ki, mövsüm ərzində su hövzələrində balıq ehtiyatlarının qorunması və balıq ovu qaydalarına əməl olunmasına nəzarət məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər davam etdiriləcək.