ŞƏT ölkələri İranın suverenliyini dəstəklədiklərini bildiriblər Dünya

ŞƏT ölkələri İranın suverenliyini dəstəklədiklərini bildiriblər

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər İranın suverenliyinə dəstəklərini ifadə edir və münaqişənin tənzimlənməsində diplomatik üsulların tərəfdarı kimi çıxış edirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə qəbul edilmiş ŞƏT-in 25 illiyinə dair Bişkek Bəyannaməsinin mətnində bildirilir.

"Üzv dövlətlər İran İslam Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəklərini bir daha təsdiqləyərək, münaqişənin müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıdırlar. Bu baxımdan, onlar regionda vəziyyətin gərginliyinin azaldılmasına yönəlmiş bütün səyləri alqışlayırlar", — deyə məlumatda qeyd olunur.

Məryəm Quliyeva