ABŞ İraqa 800 milyon dollarlıq helikopter satışını təsdiqləyib
ŞƏT ölkələri İranın suverenliyini dəstəklədiklərini bildiriblər
Prezidentin sosial şəbəkə hesablarında “ŞƏT plyus" sammitində iştirakı ilə bağlı paylaşım edilib
Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib
“Azərbaycan və Qırğızıstan münasibətlərini daha da gücləndirib”
11:56
189.jpg)
ABŞ Dövlət Departamenti İraqa "Bell 412EPX" və "Bell 407M" helikopterlərinin, həmçinin müvafiq avadanlıqların mühüm satışını təsdiqləyib. Sazişin təxmini dəyəri 800 milyon dollar təşkil edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilir.
Paketə "GAU-19" pulemyot qurğuları, 2,75 düymlük idarə olunmayan aviasiya raketləri üçün buraxılış qurğuları, optik-elektron müşahidə sistemləri, raket buraxılışları barədə xəbərdarlıq sistemləri, radiostansiyalar, ehtiyat hissələri və yerüstü avadanlıqlar daxildir.
Bununla yanaşı, İraq təyyarəçilərinin və texniki heyətinin təlimi, habelə mühəndis-texniki və logistik yardımın göstərilməsi planlaşdırılır.
ABŞ-nin qiymətləndirməsinə görə, bu tədarük nəqliyyat aviasiyasının, hava kəşfiyyatının inkişafı və yerüstü hədəflərin vurulması hesabına İraqın təhdidlərə cavab vermək imkanlarını möhkəmləndirəcək.
Məryəm Quliyeva