İspaniya Seuta üçün 309 milyon avroluq dəstək planını təsdiqləyib Dünya

İspaniya Seuta üçün 309 milyon avroluq dəstək planını təsdiqləyib

İspaniya hökuməti humanitar böhranın öhdəsindən gəlmək və yerli iqtisadiyyatı stimullaşdırmaq üçün Seuta muxtar şəhərinə 309 milyon avroluq təcili dəstək planını təsdiqləyib. 2026-cı ilin qalan dövrü üçün nəzərdə tutulmuş müvafiq fərman çərşənbə axşamı krallığın Nazirlər Şurasının iclasında bəyənilib.

Xalqcebhesi.az -ın xəbərinə görə, Krallığın iqtisadiyyat naziri Karlos Kuerpo bildirib ki, proqram dörd əsas istiqaməti əhatə edir. Vəsaitin ən böyük hissəsi — 118 milyon avro miqrantların qəbulu sisteminin gücləndirilməsinə və müşayiətsiz gələn həddi-büluğa çatmayanların yerləşdirilməsinə yönəldiləcək. Təhlükəsizliyin gücləndirilməsinə, o cümlədən hüquq-mühafizə orqanlarına dəstək və silahlı qüvvələrin resurslarının artırılmasına daha 90 milyon avro ayrılıb. Bundan əlavə, 21 milyon avro Seuta və Melilyada əsas xidmətlərin gücləndirilməsinə və infrastruktura yönəldiləcək.

Məryəm Quliyeva