Bakıda jurnalistikaya həsr olunmuş regional konfrans keçiriləcək Hadisə

Bakıda jurnalistikaya həsr olunmuş regional konfrans keçiriləcək

Oktyabrın 11-12-də Bakıda "Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr" mövzusunda regional konfrans keçiriləcək. Bu barədə məlumat "ULUS" Fondundan daxil olub. Bildirilib ki, fondun BDU-nun Jurnalistika Fakültəsi ilə birgə təşkil etdiyi regional konfransda Türkiyə, Ukrayna, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstanın regional problermlərlə məşğul olan ekspertləri iştirak edəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutacaq konfransın mövzusu: "Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr"dir. Tədbirin məqsədi Azərbaycanın beynəlxalq mediada maraqlarının müdafiəsini təmin etmək üçün ərtaf ölkələrin kütləvi informasiya vasitələrinin tanınmış jurnalistlərini Bakıya dəvət edib qonşu ölkələrin müvafiq media redaksiyaları ilə müsbət meylli əməkdaşlığın qurulması, regionun geo-siyasi durumunun analiz edilməsi, universal jurnalistika dəyərlərinə dayanan prinsiplərin önə çəkilməsi və s.dir.