İnterpolun axtardığı Azərbaycan vətəndaşı Monteneqroda saxlanılıb, ekstradisiya ediləcək
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq
Bişkekdə “Si Cinpin: Çinin idarə edilməsi” kitabının beşinci cildinin tanıtım tədbiri keçirildi
18:08
511
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) və Bakı İlahiyyat Kollecinin tələbələri Aİİ, Türkiyə Dəyanət Vəqfi və TİKA-nın birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində baş tutacaq beynəlxalq “Yay məktəbi”ndə iştirak edəcəklər.
“Yay məktəbi” 20 iyul–5 avqust 2026-cı il tarixlərində təşkil olunacaq. Layihə çərçivəsində tələbələr üçün zəngin tədris və mədəni proqram nəzərdə tutulub. Proqramda “Türkiyədə və Amerikada İslam araşdırmaları”, “Ərəb dünyasında kitab və nəşriyyat mədəniyyəti”, “Əlyazma əsərlər ənənəsi”, “İlahiyyat təhsili”, “Fiqh təhsilinin metodologiyası”, “İslam şəhərsalma ənənəsi və memarlığı”, “Müasir dünyada əxlaqi dəyərlər”, “İnsan və cəmiyyətin dərk edilməsi” kimi mövzularda tanınmış alim və mütəxəssislərin mühazirələri keçiriləcək.
Tədris proqramı ilə yanaşı, tələbələrin nəzəri biliklərinin praktik mühitdə zənginləşdirilməsi məqsədilə Türkiyə Dəyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzinə (İSAM), Rami Kitabxanasına, 29 Mayıs Universitetinə, Sahni-Səman mədrəsələrinə, Fuat Sezgin Elm Tarixi Muzeyinə, eləcə də Bursa şəhərinin tarixi məkanlarına ekskursiyalar nəzərdə tutulub.
Proqram müddətində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, elmi-mədəni dünyagörüşlərinin genişləndirilməsi, beynəlxalq akademik mühitlə yaxından tanış olmaları məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlülüklə yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmpotensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.
Cavid