İnterpolun axtardığı Azərbaycan vətəndaşı Monteneqroda saxlanılıb, ekstradisiya ediləcək
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq
Bişkekdə “Si Cinpin: Çinin idarə edilməsi” kitabının beşinci cildinin tanıtım tədbiri keçirildi
18:12
539
Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Britaniya Parlamentinin üzvü, Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüblər.
Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. İki ölkə arasında siyasi-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərindən söz açan işçi qrupunun rəhbəri, təhsil və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına da toxunub.
Söhbət zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. O, deputatlar arasında təmasların və fikir mübadiləsinin davam etdirilməsinin, eləcə də beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, səfər çərçivəsində keçirilən görüşləri və aparılan danışıqları yüksək qiymətləndirib. Söhbətdə parlament diplomatiyası və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu qeyd olunub.
Görüşdə Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevil Mikayılova, Azay Quliyev, Tural Gəncəliyev və Zaur Şükürov çıxış edərək iki ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər.
16:55
770
15:43
1 323
15:00
1 162