19:32
609
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən gəmilərdən 20% rüsum almaq fikrindən imtina edib.
Bu barədə Tramp “Truth Social”da yazıb.
"Yaxın Şərq ölkələrinin liderləri ilə keçirdiyim danışıqlardan sonra 20 faizlik rüsumdan imtina etdim. Bu rüsumun əvəzinə Körfəz ölkələri ABŞ-a iri həcmdə ticarət və investisiya layihələri həyata keçirəcəklər. Bu investisiyalar çox böyük olacaq və həm ABŞ, həm də həmin ölkələr üçün faydalı olacaq", – Tramp qeyd edib.
Tramp həmçinin bildirib ki, İranın yüz minlərlə insanı, o cümlədən 52 min etirazçını öldürdüyü dövr başa çatıb: "Ən əsası, İran heç vaxt nüvə silahına sahib olmayacaq".