İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq İdman

İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq

İngiltərə Futbol Assosiasiyası milli komandanın dünya çempionu olacağı halda alacağı mükafatın məbləğini müəyyənləşdirib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, İngiltərə millisi mundialın qalibi olacağı təqdirdə futbolçular və məşqçilər heyəti ümumilikdə 19 milyon funt sterlinq (22 milyon avro) mükafat alacaq.

Assosiasiya FIFA-dan əldə ediləcək 38 milyon funt sterlinqlik mükafatın yarısını komanda ilə bölüşmək niyyətindədir. Məbləğin təxminən 15 milyon funt sterlinqi futbolçulara çatacaq.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel isə 3 milyon funt sterlinqə qədər bonus qazana bilər.

Qeyd edək ki, İngiltərə millisi dünya çempionatının yarımfinalında Argentina ilə qarşılaşacaq. Görüş iyulun 15-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.