19:45
560
Küveyt ordusu hava hədəflərinə qarşı əməliyyatların aparıldığını açıqlayıb.
Bu barədə Küveyt ordusunun Baş Qərargahı məlumat yayıb.
“Eşidilə biləcək partlayış səsləri Hava Hücumundan Müdafiə sistemlərinin düşmən hücumlarını dəf etməsinin nəticəsidir", – bəyanatda qeyd olunub.
Baş Qərargah əhalini aidiyyəti dövlət qurumlarının təhlükəsizliklə bağlı göstərişlərinə ciddi əməl etməyə çağırıb.