Ermənistan ordusunda incident Hadisə

Ermənistan ordusunda incident

Hərbi qulluqçular döyülüb


İşğalçı Ermənistan Ordusunda qarşılıqlı münasibətlərin pozulması zəmnində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.
Tankəleyhinə batareyanın kiçik çavuşu Aşot Gevorkyan bölüyün əsgəri Armen Markaryan arasında baş vermiş insident nəticəsində ikinci gözündən xəsarət alıb.
Müqavilə əsasında xidmət edən Rafael Manukyan isə əslən ermənistanlı olduğuna görə Qarabağdan hərbi xidmətə çağrılmış əsgərlər tərəfindən döyülüb. Xəsarət alan R. Manukyan Xankəndi şəhərindəki hərbi hospitala yerləşdirilib.