Yetkinlik yaşına çatmayanlar maarifləndiriləcək Hadisə

Yetkinlik yaşına çatmayanlar maarifləndiriləcək

Dövlət orqanları və bələdiyyələr reproduktiv sağlamlığın qorunması və reproduktiv hüquqların həyata keçirilməsi sahəsində yetkinlik yaşına çatmayanların informasiya əldə etmək hüququnun təmin edilməsi üçün bir sıra tədbirləri həyata keçirəcək.
Bu barədə yeni hazırlanan "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində qeyd olunub.
Layihənin 20-ci (Reproduktiv sağlamlığın qorunması və reproduktiv hüquqların həyata keçirilməsi sahəsində yetkinlik yaşına çatmayanların informasiya əldə etmək hüququnun təmin edilməsi) maddəsinə əsasən, aşağıdakı tədbirlər həyata keçiriləcək:
1.Kütləvi informasiya vasitələri ilə sağlam həyat tərzinin təbliği və biliklərin yayılması
2.Ailə həyatının etikasının təbliği və biliklərin yayılması
3.Reproduktiv sağlamlıq mədəniyyətinin formalaşdırılması
4. Kütləvi informasiya vasitələrində ailə mövzusunda maarifləndirici və elmi proqramların yayımlanması