Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
11:19
385
ABŞ Hörmüz boğazından keçən gəmilərə hərbi mühafizə təmin etmək məqsədilə onlardan boğazı hər gün xüsusi olaraq ayrılmış iki vaxt intervalı çərçivəsində keçməyi xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə şənbə günü "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu qərar İranın gecə saatlarında boğazdan keçən gəmilərə hücumlarını intensivləşdirməsindən sonra qəbul edilib.
May ayından bəri Vaşinqton boğazın cənub hissəsində, Oman sahili boyu hərəkət edən gəmilərə havadan mühafizə təmin edir. ABŞ Hərbi Dəniz Qüvvələrinin koordinasiya mərkəzinin dəniz məsləhətçilərinə göndərdiyi elektron məktublara əsasən, sentyabrın əvvəllərində mühafizənin təmin edilməsi müddəti gündəlik iki vaxt intervalına qədər azaldılıb.
Məryəm Quliyeva