Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
11:13
385
Gece saatlarında Bolqarıstanın "Emko" hərbi zavodunun Tryavna şəhəri yaxınlığındakı Tsareva-Livada kəndi ətrafında yerləşən anbarlarında partlayışlarla müşayiət olunan yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Nova" telekanalı yerli administrasiyaya istinadən məlumat yayıb.
Anbarların mühafizə heyəti təxliyə olunub, hadisə yeri mühasirəyə alınıb, fövqəladə hallar üzrə milli xəbərdarlıq sistemi hərəkətə gətirilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri üçün təhlükə qeydə alınmayıb.
Hadisə yerində xilasetmə və fövqəladə hallar xidmətləri çalışır. Telekanal müəssisənin ərazisindən bir neçə partlayış səsinin eşidildiyini və yanğının başvermə səbəblərinin araşdırıldığını bildirib.
Bu, son bir ay ərzində "Emko" anbarlarında baş verən ikinci yanğındır. Avqustun 10-da analoji insident Belitsa kəndi yaxınlığındakı sursat anbarında baş vermiş, həmin vaxt da xəsarət alan olmamışdı.
Məryəm Quliyeva