OPEC Azərbaycana dair proqnozunu sabit saxlayıb Hadisə

OPEC Azərbaycana dair proqnozunu sabit saxlayıb

Bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 800 min barel səviyyəsində qalacaq.
Bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) fevral ayına dair hesabatında bildirilir.
İlkin məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda neft və kondensatın gündəlik hasilatının orta həcmi 10 min barel azalaraq 810 min barelə düşüb (OPEC+ ölkələrinin hasilatı azaltması bu göstəricidən hesablanır).
Xatırladaq ki, 10 dekabr 2016-cı il tarixində Vyanada (Avstriya) imzalanmış sazişə əsasən, Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü.
2018-ci il dekabrın 7-də isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Vyanadakı V müşavirəsində 2018-ci ilin oktyabr ayına nisbətən gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılıq əldə edilmişdi. Yeni qərara görə, Azərbaycan 2019-cu ilin yanvar ayından etibarən gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.