MTRŞ-dən telekanallara qınaq Hadisə

MTRŞ-dən telekanallara qınaq

"Bu məsələ onların özlərinin mərifət qanacağına qalıb"

Cəbhə xəttində milli ordumuzun 8 şəhid verməsi xalqımızı çox sarsıdıb. Lakin telekanallarımızın bu xəbərin acısını yaşadığı bir gündə efirdən bayağı şou proqramlarının verilməsi, şit çal-çağırlarından qalmaması ictimaiyyət tərəfindən qınaqla qarşılanıb.
Milli Televiziya və Radio Şurası da ictimaiyyətin bu qınağına haqq qazandırıb. MTRŞ-in "Ekspertiza, proqramlaşdırma və analitik" şöbəsinin müdiri Təvəkkül Dadaşovla mövqe.az saytına bildirib ki, bu məsələdə telekanallar özləri həssas olmalıdırlar: "Biz də bu məsələdə telekanallara tövsiyyə verə bilərik. Amma telekanallar özləri bunu başa düşüb çalışmalıdırlar ki, proqrama dəyişiklik etsinlər. Əlbəttə proqrama dəyişiklik etmək elə də asan deyil. Amma nəzərə almaq lazımdır ki, bu ümumilli məsələdir. Eyni zamanda həssas durumdur. Söhbət vətəndən, təmas xətində həyatını qurban verən şəhidlərdən gedirsə çalışmalıdırlar ki, proqramdan çal-çağır verilişlərini yığışdırsınlar. Yəni bu məsələ telekanalların özlərinin mərifət qanacağına qalıb".