Xalq rəssamı Fərhad Xəlilov: Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər keçirilib
Fransada qadağalara rəğmən yarım milyonluq etiraz aksiyası gözlənilir
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB
13:35
588
Bu gün Hindistan XİN rəhbəri ilə Cənubi Qafqazda olan regional vəziyyət, Ermənistan-Azərbaycan postmünaqişə normallaşması, Vaşinqtonda əldə edilmiş razılaşmalar barədə fikir mübadiləsi apardıq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla keçirilən mətbuat konfransında deyib.
“Ermənistana Azərbaycandan göndərilən mallar, qarşılıqlı səfərlər müzakirə edildi. Bu prosesin başa çatdırılması üçün Ermənistandan olan gözləntilərimiz də həmkarımın diqqətinə çatdırıldı. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə həmkarımı məlumatlandırdım. Təbii ki, davam edən mina təhlükəsi barədə də məlumat verdim”, - nazir qeyd edib.
Nazirin sözlərinə görə, daha geniş coğrafiyada baş verən hadisələr, o cümlədən Yaxın Şərq, Rusiya-Ukrayna müharibəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XİN rəhbəri əlavə edib ki, Hindistan XİN rəhbərinin bu səfərini yüksək qiymətləndirir: “Bu gün aparılan müzakirələr iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına xidmət edəcək”.
14:33
637
13:57
539
13:55
504