Xalq rəssamı Fərhad Xəlilov: Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər keçirilib
Fransada qadağalara rəğmən yarım milyonluq etiraz aksiyası gözlənilir
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB
13:36
539
Mənim Bakıya səfərim Bişkekdə ŞƏT çərçivəsində liderlərimizin görüşünün davamı sayıla bilər.
Bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, müzakirələr münasibətlərin müxtəlif aspektlərinə fokuslanıb: “Bizim əməkdaşlığımızla bağlı Prezident İlham Əliyev xeyli vaxt ayırdı və müzakirələr apardıq. Xalqlarımızın böyük tarixi var, biz bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu da təməl yaradır ki, münasibətlərimizi yüksək səviyyəyə qaldıraq”.
Subramanyam Cayşankar iki ölkə arasında investisiyaların və ticarət əlaqələrini genişləndirmək istədiklərini vurğulayıb.
O qeyd edib ki, Hindistan şirkətləri neft və qaz sektoruna investisiya yatırmağa maraq göstərir: “Bağlantılar qlobal iqtisadiyyatda çox vacibdir və bu gün bu barədə geniş müzakirələr apardıq. Hindistan bu gün beynəlxalq nəqliyyat dəhlizlərinə sərmayələr qoyur. Bu barədə müzakirələrimiz davam edəcək”.
14:33
637
13:57
539
13:55
504