13:55
560
Bu gün Azərbaycanda apardığım danışıqlar gələcəyə yönəlik idi.
Bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Hindistan şirkətləri uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir və xüsusilə neft-enerji sektorundakı sərmayələri böyük əhəmiyyət kəsb edir: “Bu gün bu əlaqələri dərinləşdirməklə yanaşı, yeni sahələrə də yaymaq barədə razılığa gəldik. Qloballaşan iqtisadiyyatda nəqliyyat və əlaqələrin vacibliyini xüsusi vurğuladıq. Hər iki ölkə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük töhfə verir. Bu istiqamətdə daha sıx koordinasiya aparmaq barədə razılaşdıq. Həmçinin, birbaşa avia uçuşların sayının artırılması və münasibətlərimizin daha da dərinləşdirilməsi yollarını nəzərdən keçirdik”.
Onun sözlərinə görə, bu ilin aprelində iki ölkənin Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr əlaqələri inkişaf etdirmək üçün aydın yol xəritəsi müəyyənləşdirməyə kömək edib.
Nazir bildirib ki, Azərbaycan XİN rəhbəri ilə beynəlxalq və regional təşkilatlarda islahat və onların daha müasir, çevik hala gətirilməsi mövzusunda da fikir mübadiləsi aparıblar.
“Bugünkü müzakirələrimiz çox məhsuldar oldu”, - o əlavə edib.
15:05
63
14:33
644
13:57
560