“İran Hörmüzü tamamilə bağlayacaq imkanlara malik deyil”
8 Sentyabr 19:09
8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Rövşən Rüstəmov: Xəzərdə səviyyənin azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır
Özəl klinika rəhbəri və sahə həkimi rüşvətlə saxta əlillik sənədləri düzəltməkdə ittiham olunur
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib
Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb
2 Avqust 2019 10:43
2 940
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 25 iyul-1avqust tarixlərində çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqi keçirilib, mikrobioloji təhlillər aparılıb.
Budəfəki analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirkli hesab olunub. İdarənin əməkdaşı Nərmin Babaşovanın sözlərinə görə, bundan bşaqa, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir.
Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.