Nəqliyyat Nazirliyi məsuliyyəti üzərindən atır Hadisə

Nəqliyyat Nazirliyi məsuliyyəti üzərindən atır

Namiq Həsənov: "Bu qəza adi qəza hadisəsidir, onu yol polisi araşdırmalıdır"

Nəqliyyat Nazirliyi bu günlərdə Bakıda 148 saylı marşrutla hərəkət edən avtobusda baş verən yol-nəqliyyat hadisəsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin katibi Namiq Həsənov "APA-Economics"ə bildirib ki, artıq bununla bağlı araşdırma aparılıb: "İlkin araşdırmalar nəticəsində məlum olub ki, avtobusun sürücüsü sərxoş olmayıb və avtobus saz vəziyyətdə olub. 148 saylı marşrutun avtobusu texniki baxışdan keçib. Bundan başqa, sürücü müvafiq yoxlamadan keçib və sürücünün lazımi kateqoriyaya aid sürücülük vəsiqəsi var".
O qeyd edib ki, nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda maksimum sürət həddi 120 km/saatdır. "Sürücü sürət həddinin aşıb. Bir sözlə, bu qəza adi qəza hadisəsidir. Hadisəsini yol polisi araşdırmalıdır və sürücünü cəzalandırmalıdır", - deyə o əlavə edib.
N. Həsənov qeyd edib ki, hadisədən sonra Dövlət Avtomobil Nəqliyyat Xidməti, "Bakısərnişinnəqliyyat" MMC və Nəqliyyat Nazirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşları böyük toplantı keçirərək, hadisə ilə bağlı müzakirələr aparıb.