Prezidentin köməkçisi: "Ölkə daxilində uçuşların bərpa edilməsi müzakirə olunur" Hadisə

Prezidentin köməkçisi: "Ölkə daxilində uçuşların bərpa edilməsi müzakirə olunur"

"Ölkə daxilində uçuşların bərpa olunması məsələsi də müzakirə olunur".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Naxçıvan Ermənistan dövlətinin yürütdüyü siyasət nəticəsində blokadadır. Pandemiya müddətində Naxçıvandakı vətəndaşların zəruri tələbatının həyata keçirilməsi üçün bütün tədbirlər görülüb: "Naxçıvanla Bakı arasında aviauçuşların bərpa olunması məsələsinə baxıla bilər. Amma burada karantin rejimi ilə bağlı vəziyyət də nəzərə alınmalıdır".