Son kurs tələbələrinin istehsalat təcrübələrini başa çatdıra bilməməsi qiymətləndirmədə nəzərə alınacaq Hadisə

Son kurs tələbələrinin istehsalat təcrübələrini başa çatdıra bilməməsi qiymətləndirmədə nəzərə alınacaq

“Son kurs tələbələri ilə bağlı məsələ müzakirə olunub. Fevral ayından bu tələbələr istehsalat təcrübələrinə qatılmışdı”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Təhsil naziri deyib ki, həmin tələbələr mart ayında pandemiya ilə əlaqədar təcrübələri başa çatdıra bilməyiblər: “Ona görə də qiymətləndirmə zamanı bu məqam nəzərə alınacaq”.