12:21
343
Müştərək tərəfdaşlığımızın gələcək prioritetlərini müəyyənləşdirmək vacibdir.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə bildirib.
“Müştərək tərəfdaşlığımızın gələcək prioritetlərini müəyyənləşdirmək vacibdir. Bütün səviyyələrdə təmasların intensivliyi dövlətlərimizin qardaş xalqlarımızın rifahı və bütövlükdə regionun tərəqqisi naminə konstruktiv əməkdaşlığa sadiqliyini aydın şəkildə nümayiş etdirir. Bu baxımdan XXI əsrdə Mərkəzi Asiyanın inkişafı naminə Dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında Müqavilənin imzalanması prosesinin başa çatması mühüm nailiyyət olub. Bu tarixi sənəd strateji tərəfdaşlığımızda yeni mərhələ açır, qarşılıqlı etimad, hörmət və qardaş xalqlarımızın ümumi gələcəyinə görə məsuliyyət prinsiplərinə əsaslanan regional əməkdaşlığın siyasi çərçivəsini formalaşdırır. Fürsətdən istifadə edərək, Türkmənistan Prezidentinə bu mühüm müqaviləyə qoşulduğuna görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, növbəti mərhələ bu sənədin müddəalarının praktik icrası olmalıdır. Bununla əlaqədar dostluğun və mehriban qonşuluğun daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məqsədilə uzunmüddətli qarşılıqlı fəaliyyətimizin konkret istiqamətlərini müəyyən edən tədbirlər planının hazırlanmasını və sonradan qəbul edilməsini təklif edirəm”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.
12:47
63
12:37
259
12:36
252