“Bakı Marafonu 2026” ilə əlaqədar 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Azərbaycan, UNESCO və 39 dövləti əhatə edən SIDS qrupu birgə proqram hazırlayacaq
Hikmət Hacıyev: Azərbaycan WUF13-də öz unikal təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək
Zahid Oruc: ”Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq”
Rəsmi Bakı: Azərbaycan və Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri bundan sonra da davam edəcək
18 May 2020 16:39
2 310
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib.
İclasda "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" barədə müzakirələrin vacibliyi vurğulanıb.
Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov qeyd eidb ki, "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" 02.03.2020-ci il tarixdə elan edilib və hazırda məzmun ekspertizası ərəfəsindədir.
İclasda qeyd edilib ki, müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaqdan, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdır.
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi"nə layihələrin qəbulu aprelin 18-də başa çatıb.
İclasda bildirilib ki, müsabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu tam elektronlaşdırılıb və grants.edu.az portalı vasitəsilə aparılıb. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə, ümumilikdə 852 (ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriyalar üzrə isə 648) sayda layihə təqdim edilib.
İclasda Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov, Şura sədri professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Milli Məclisin deputatı, fəlsəfə doktoru Etibar Əliyev, Asif Cahangirov, fəlsəfə doktorları Ülviyyə Mikayılova, Elmina Kazımzadə çıxışlar edərək rəy, təklif və tövsiyələrini bildiriblər.