21 Oktyabr 18:51
21 Oktyabr 15:49
Expressen: Zelenski böyük döyüş təyyarəsi ilə bağlı razılaşma əldə etmək üçün İsveçə uçub
Məktəblilər arasında “R.M.90” proqramlaşdırma müsabiqəsi keçirilib
Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb
Bu il Qarabağda su təsərrüfatına 44 mln. manatdan çox vəsait xərclənib
29 May 2020 19:34
2 282
“İctimai iaşə müəssisələrində karantin rejiminə nəzarət edən bir məsul şəxs olmalıdır. Bu, tibbi-metodiki göstərişlərdə nəzərdə tutulur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, taksidə də sürücü karantin rejiminin tələblərinə riayət edilməsinə görə məsuliyyət daşıyır.
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da deyib ki, ictimai iaşə müəssisələri və oradakı vətəndaşlar - hər ikisi qaydaların pozulmasına görə məsuliyyət daşıyır.
R. Bayramlı bildirib hüquq-mühafizə orqanları, digər məsul qurumlar cərimələrin tətbiqini həyata keçirəcək.