Təhsil müəssisələrində psixoloji xidmət təkmilləşdiriləcək Hadisə

Təhsil müəssisələrində psixoloji xidmət təkmilləşdiriləcək

Təhsil müəssisələrində psixoloji xidmət təkmilləşdiriləcək. Bu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb. Strategiyada, həmçinin qeyd olunur ki, təhsil müəssisələrində psixoloji xidmət təşviq olunacaq.
Xatırladaq ki, Strategiyanın əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.