Nazir: "Bütün tələbələrə güzəşt olsa, ali məktəblərin maliyyə dayanıqlığına problem yarada bilər" Hadisə

Nazir: "Bütün tələbələrə güzəşt olsa, ali məktəblərin maliyyə dayanıqlığına problem yarada bilər"

“Birninci kurs tələbələri ali məktəblərlə tanış olacaq, ondan sonra onlayn təhsilə davam edəcək ”.

Bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, 176 min tələbədən 113 minə yaxını ödənişli təhsil alır: “Birinci mərhələdə 15 209 tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilir. Həmin tələbələrlə bağlı qərar verilərkən ehtiyac meyarı əsas götürülüb. Bundan sonra güzəştlərin olması da ehtiyac meyarı nəzərə alınmaqla edilməlidir. Bütün tələbələrə güzəşt olsa, ali məktəblərin maliyyə dayanıqlığına problem yarada bilər. 32 minə qədər məcbüri köçkün və digər qrup tələbələrin təhsil haqqını da dövlət ödəyir”.

Təhsil naziri qeyd edib ki, birinci kursda ali məktəblərə gələn tələbələrə də birini semestrdə Nazirlər Kabinetinin qərarı ilə güzəştlər tətbiq edilir: “Əsas məsələ isə pandemiyanın nə zaman bitəcəyidir, bu da məlum deyil”.