Bakıda 60 mindən çox uşağın xəstə olduğu aşkarlanıb Hadisə

Bakıda 60 mindən çox uşağın xəstə olduğu aşkarlanıb

Bu il Bakıda 60 mindən çox uşağın xəstə olduğu aşkarlanıb. Bakı şəhər Baş Səhiyyə İdarəsinin müdir müavini Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, paytaxtda 674 537 uşaq var. Onun sözlərinə görə, onlardan 648 960-ı icbari dispanserizasiyadan (tibbi müayinələrdən) keçirilib: "Müayinə olunan uşaqlardan 63 197 nəfərdə müxtəlif xəstəliklər aşkar olunaraq dispanser qeydiyyata götürülüb. Onlardan 34 834-ü sağlamlıqları bərpa olunub. 2831 uşaq hospitallaşdırılıb və onlardan 494-ü sanator müalicəyə cəlb edilib". Müdir müavini əlavə edib ki, uşaqlar arasında aşkar olunan xəstəliklər arasında ağciyər, tənəffüs, mədə-bağırsaq, sinir sistemi xəstəlikləri üstünlük təşkil edir.