Əliməmməd Nuriyev avtomobil qəzasına düşüb Hadisə

Əliməmməd Nuriyev avtomobil qəzasına düşüb

"Onu xatırlayıram ki, idarə etdiyim maşını arxadan vurdular, sonrasını isə xatırlaya bilmirəm"

"Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev avtomobil qəzasına düşüb.
Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "Azadlıq" meydanında qeydə alınıb.
Əliməmməd Nuriyevin idarə etdiyi "Mitsubişi Pajero" markalı, 90 DC 199 dövlət nömrə nişanlı avtomobil "BMW" markalı, 99 FP 794 dövlət nömrə nişanlı maşında toqquşub. Nəticədə "Mitsubişi Pajero" aşıb və sürücü Ə. Nuriyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Elə dünən Əliməmməd Nuriyev artıq evə buraxılıb. Lent.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri deyib ki, həkimlər ona 1 həftə ərzində istirahət etməyi məsləhət görüblər: "Həkimlər yoxladılar, tomoqrafiya olundum, ciddi bir şey çıxmadı. Amma başağrılarım var. Gərək 1 həftə istirahət edim".
Ə.Nuriyev qəza anını xatırlaya bilmədiyini əlavə edib və bildirib ki, onun idarə etdiyi maşını vuran digər avtomobil sürətlə hərəkət edirmiş: "Onu xatırlayıram ki, mənim idarə etdiyim maşını arxadan yan tərəfdən vurdular. Həmin maşın sürətlə hərəkət edirdi. Sonrasını isə xatırlaya bilmirəm".