14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
29 Mart 2021 15:26
3 745
Birliyin rəhbərliyi 31 mart 2021-ci il tarixdə yeni Prezident Salih KURT-un başçılığı ilə 7 illik fasilədən sonra yenidən bir araya gələcək...
Dünya Türk Jurnalistlər Birliyi (World Turkish Journalist Union) yeni rəhbər heyətlə Türkiyə və Azərbaycanın informasiya məkanında ilkə imza atmaq niyyətindədir. Belə ki, Birliyin yeni Prezidenti Salih KURT “Təzadlar”a açıqlamasında onu bu vəzifəyə layiq görən vətənpərvər və türksevər keçmiş rəhbərliyə dərin təşəkkür etdiyini söylədi. “Çalışacağam ki, rəhbər seçildiyim təşkilatın imkanları ilə Türkiyə və Azərbaycan həqiqətlərini, eləcə də türk dünyası gerçəkliklərini dəqiq və operativ şəkildə dünya ictimaiyyətinə çatdırmağa nail olaq. Eləcə də hədəfimiz erməni yalanlarının dünyanın informasiya məkanına ayaq açmasının qarşısını almaqdan ibarətdir, artıq bu istiqamətdə Türkiyəyə və Azərbaycana dost ölkələrin tanınmış yazarları ilə sıx əlaqələr qurmaqdayıq...”, -deyən Salih KURT bu istiqamətdə əlindən gələni etməyə hazır olduğunu bildirdi.
ASİAD-ın Başçı Köməkçisi, TINGADER-in sədr müavini sayın Salih Kurt yeni rəhbər heyətə və həmkarlarına ayrı-ayrılıqda təşəkkür etdi, məqsədlərinin Dünya Türk Jurnalistlər Birliyi olaraq ölkələrimizin şərəfli adını daha da yüksəklərə qaldırmaq olduğunu dilə gətirdi. O, həmçinin Türkdilli və İslam ölkələri ilə sıx əlaqələr qurmaqla, dünya ictimaiyyətini dəqiq, prinsipial xəbərlərlə təmin etməyi hədəflədiklərini qeyd etdi. Türkiyə Respublikası Baş Nazirliyi yanında Yüksək Terrorizm Məşvərət Şurasının keçmiş üzvü olan Salih KURT dedi: "...Məqsədimiz türk dünyasında və İslam ölkələrində mövcud problemlərini dünyaya səsləndirə bilməyən insanların səsini nəinki eşitməkdir, həm də onların səsini dünyaya eşitdirməkdir!”.
Böyük Türk millətinin və İslam dünyasının hər cür milli və mənəvi dəyərlərinə hörmət edəcəklərini vurğulayan Prezident Salih KURT, Dünya Türk Jurnalistlər Birliyinin yeni rəhbər heyətində təmsil olunanların da adlarını açıqladı:
1. Prezident: Salih KURT;
2. Vitse-prezident: Asif Məmmədov (Mərzili)
3. Başçı Köməkçisi: Yasemin Kurt
4. Başçı Köməkçisi: Yasəmən Məmmədli
5. Hüquq müşaviri: Adil Minbaşı
6. Elmi Komitə sədri: Abdulkadir İnal Təkin
7. İdarə Heyətinin üzvü: Saima Hayat Khan
8. İdarə Heyətinin üzvü: Xanım Kərimova
9. İdarə Heyətinin üzvü: Şakir Qurbanov
Elçin Məmmədli
14 İyul 21:57
1 134
14 İyul 20:21
1 043
14 İyul 19:29
1 183

