Tramp ABŞ müfəttişlərinin İranda MAQATE-yə qoşulacağını bildirib
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib - FOTO
Qəzza üzrə Sülh Şurasının iclası iyunun 30-dan iyulun 1-dək Kiprdə keçiriləcək
Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirak etmək üçün Polşaya gedib
FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər
26 Aprel 2021 10:36
2 492
Gəncə şəhərində mağazadan oğurluq etmək istəyən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri “iş başında” saxlayıblar. Əvəllər məhkum olunmuş Gəncə şəhər sakini Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev gecə saatlarında şəhər ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.
Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər oğurluq edərkən yaxalanaraq, istifadə etdikləri maddi sübutlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə təqdim edilib.
Araşdırmalar zamanı O.Abbasovun əvvəllər eyni mağazadan bir neçə dəfə də oğurluq etməsi müəyyən edilib. Saxlanılan şəxslərin digər cinayət hadisələri törətmələri ehtimal olunduğundan araşdırmalar davam etdirilir.