16:52
994
Qəzza üzrə Sülh Şurasının iclası iyunun 30-dan iyulun 1-dək Kiprdə baş tutacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kipr hökumətinin nazir rütbəli rəsmi nümayəndəsi Konstantinos Letimbiotisə istinadən "In-Cyprus" ingilisdilli informasiya portalı məlumat yayıb.
"Sizə deyə bilərəm ki, Sülh Şurası BMT-nin 2803 saylı qətnaməsinə uyğun olaraq Qəzzanın bərpası planının icrası üçün yaradılıb. Kipr Respublikası bu planı nəinki müsbət qarşılayıb, həm də ilk andan dəstəkləyib", — deyə portal hökumətin rəsmi nümayəndəsinin sözlərindən sitat gətirib. Letimbiotis qeyd edib ki, şura iyunun 30-u və iyulun 1-də Kiprdə toplanacaq.
Onun iddiasına görə, forum iştirakçıları arasında Sülh Şurasının, Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitənin (NCAG) və Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenovun ofisinin təmsilçiləri olacaq. O əlavə edib ki, iclasda iştirak edəcək bəzi rəsmi şəxslər artıq Kiprin xarici işlər naziri ilə görüşmək xahişi ilə müraciət ediblər.
Məryəm Quliyeva