DTX tərəfindən həbs edilmiş, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Dövlət Gömrük Komitəsinin sədri: Elektomobillər ƏDV-yə cəlb ediləcək
Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir
ABŞ noyabrın 5-də "Minuteman III" ballistik raketini sınaqdan keçirəcək
2 İyun  2021 17:04
2 597
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 418 nəfər müalicə olunaraq sağalıb, 4 926 nəfər vəfat edib, aktiv xəstə sayı 3 944 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 834, ötən müddət ərzində isə ümumilikdə 3 532 472 test aparılıb.