

21 Oktyabr 18:51
21 Oktyabr 15:49
AZAL təyyarəsinin qəzasi ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlanacaq
Prezident İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik edib
Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edilib
Mer: Rusiyanın hücumu nəticəsində Xarkovda 1 nəfər ölüb, 6 nəfər yaralanıb
Ötən il «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarının tələblərini pozan 1245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.
APA-nın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2020-ci il üzrə hesabatında bildirilib.
Həmin intizam tənbeh tədbirlərindən 1044-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 201-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilmiş 1245 intizam tənbeh tədbirindən 887-si töhmət, 304-ü dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azadılması, 11-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 4-ü həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.