Azərbaycanın Litvadakı səfirliyi hərəkətə keçdi Hadisə

Azərbaycanın Litvadakı səfirliyi hərəkətə keçdi

Seymdə GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə parlament qrupu yaradılıb

Azərbaycanın Litvadakı səfirliyi Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı və təcavüzkar siyasəti barədə həqiqətlərin Litva ictimaiyyətinə çatdırılması, Azərbaycanın haqq səsinin Litva Seymində dəstəklənməsi istiqamətində apardığı fəaliyyət nəticəsində Seymdə GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə parlament qrupu yaradılmasına nail olub.
(Parliamentary Group for the Territorial Integrity of the GUAM (Georgia, Ukraine, Azerbaijan, Moldova) Countries). Səfirlikdən APA-ya verilən xəbərə görə, qrupa 21 deputat qoşulub.
GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə parlament qrupunun sədri Mantas Adomenas seçilib. M. Adomenas Litva Seymində ikinci ən böyük partiya olan Vətən İttifaqı - Litva Xristian Demokratlar Partiyasının üzvüdür, Seymin insan hüquqları üzrə komitəsinin və Azərbaycanla dostluq qrupunun sədr müavinidir. Qrupa 3 nəfər sədr müavini seçilib. Onlardan Juras Pojela Seymdə ən böyük partiya olan Litva Sosial Demokrat Partiyasının üzvüdür, Seymin gənclərlə iş və idman üzrə daimi komissiyasının və Seymin Azərbaycanla dostluq qrupunun sədridir. Gintaras Steponaviçüs Litva Liberallar Hərəkatı Partiyasının üzvüdür, keçmiş elm və təhsil naziridir. Emanuel Zingeris isə Vətən İttifaqı - Litva Xristian Demokratlar Partiyasının üzvüdür, Seymin Avropa işləri üzrə komitəsinin və Seymin Avrora Suras? Parlament Assambleyas?ndak? (ASPA) daimi numay?nd? hey?ti sədrinin müavinidir. Bundan əlavə, qrupun üzvləri arasında Seymin xarici işlər komitəsinin sədri Benediktas Juodka və Litva Liberallar Hərəkatı Partiyasının sədri, keçmiş nəqliyyat və kommunikasiya naziri Eliqius Masiulis də var.
Qrupun üzvləri haqqında məlumat Seymin aşağıdakı internet ünvanında yerləşdirilib:
http://www3.lrs.lt/pls/inter/w5_show?p_r=9755&p_k=2