Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib Mədəniyyət

Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib

Azərbaycan Dostları Təşkilatı tərəfindən Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib. Tədbirdə müxtəlif ölkələrin diplomatik korpuslarının nümayəndələri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, iki ölkə arasındakı mədəni əlaqələri daha da genişləndirməkdir. Çıxış edən təşkilatın vitse-prezidenti, "Agility Logistics" şirkətinin direktoru Zaur Mansurov belə təqdimatların Azərbaycan mədəniyyətinin, incəsənətinin tanıdılmasına xidmət etdiyini bildirib.
Həmyerlimiz Billurə Bayramova Azərbaycanın tolerant ölkə kimi yaxşı bir nümunə olduğunu və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, Azərbaycanın zəngin mətbəxi haqqında da qonaqlara məlumat verib Sonra tədbir iştirakçıları milli yeməklərimizdən dadaraq milli musiqilərimizdən zövq alıblar.