Ankarada “15 Temmuz dastanı” simfonik əsərinin təqdimatı olub Mədəniyyət
- 15 İyul 2020 16:28
- 27 909
Bu gün Türkiyədə 15 İyul – Demokratiya və Milli Birlik Günü geniş şəkildə qeyd olunur. Ölkənin bütün vilayətlərində dörd il əvvəl törədilən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü ilə əlaqədar təsis edilən bu günə geniş hazırlıq işləri görülüb.
AZƏRTAC xəbər verir ki, bir neçə gün əvvəl Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsi ölkə daxilində və xaricdə keçiriləcək tədbirlər proqramını elan edib.
Proqrama əsasən İctimai Əlaqələr İdarəsinin təşkilatçılığı ilə iyulun 14-də axşam Prezident Administrasiyasının bağında görkəmli bəstəkar və pianoçu Fahir Atakoğlunun bəstələdiyi “15 Temmuz dastanı” simfonik əsəri ilk dəfə səhnədə yer alıb.
Konsertdə Prezident Administrasiyasının Simfonik Orkestri, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Çoxsəsli Xoru və tanınmış sənətçi Sami Savni Özerin birgə çıxışı ediblər.
Tədbirlər planına əsasən ölkənin hər yerində 15 iyun şəhidlərinin əziz xatirəsi anılacaq, şəhid və qazilərə həsr olunan proqramlar nümayiş ediləcək. Bildirilir ki, Prezident Administrasiyasında, Türkiyə Böyük Millət Məclisində anım mərasimləri təşkil olunacaq. Ümumilikdə təsdiq olunan 2238 proqramın bir hissəsi ölkə xaricində keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa xitabı və şəhid ailələri ilə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı il iyulun 15-də dövlət çevrilişinə hərbi cəhd göstərib. Nəticədə 251 qəhrəman türkiyəli şəhid olub, 2 min 194 nəfər yaralanıb. Bu çevriliş cəhdi nəticəsində Türkiyə dövlətinə və xalqına böyük həcmdə maddi və mənəvi zərər vurulub. Həyata keçirilən hüquqi tədbirlər nəticəsində dövlət çevrilişində iştirak etmiş çox sayda vəzifəli şəxs həbs edilib. Qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövlətçiliyini əzmlə qoruyub. Azərbaycan xalqı və dövləti hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Türkiyənin yanında olub, dövlətin qorunmasına dəstəyini əsirgəməyib.
-
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
-
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
-
Tarixi qala baxımsız qalıb
-
Prezident İlham Əliyevin Almaniya kansleri Olaf Şoltsla geniş tərkibdə görüşü başlayıb
-
Prezident İlham Əliyevin Berlində Olaf Şolts ilə təkbətək görüşü olub - FOTO
-
Növbəti köç karvanı Füzuliyə çatdı
-
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
-
Prezident İlham Əliyev: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır
-
Nəsimi rayonunda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib
-
Prezident İlham Əliyev: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir
-
Şənbə gününün havası necə olacaq? - PROQNOZ
-
Prezident İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik
-
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək
-
“Milli Məclis qarşısında məsələ qaldırıla bilər”
-
Prezident İlham Əliyev: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər
-
“2024-cü ildə də sosial təminat prioritetliyini qoruyub saxlayır”
-
Avropa Parlamentinin qətnaməsi əsassızdır - XİN
-
Rusiya üçün çətin aylar başlayır
-
“Səfərin siyasi tərəfləri də var”
-
“Xarici investisiya və şirkətlərin cəlbinə ehtiyac var”
-
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB
-
Məhbus aktivistlər məzuniyyət hüquqları ilə təmin olunmurlar
-
Şoyqu: Rusiya heç vaxt NATO-nu təhdid etməyib
-
“İlham Əliyev məhz Füzuli şəhərindən Almaniyaya işgüzar səfər edərək...”
-
Ayxan Hacızadə: Avropa Parlamentinin qətnaməsi əsassızdır
-
“Bu məqam diqqət çəksə də...”
-
Ukrayna məhkəməsi keçmiş naziri həbs edib
-
“Ermənistan normal qonşu olmağı öyrənməlidir”
-
Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir
-
Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var
-
“Azərbaycan delimitasiya işini davam etdirmək istəyir”
-
TƏBİB-in direktoru Bakıda poliklinikalarda növbə olmasının səbəbi AÇIQLAYIB
-
Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir
-
“Görülən bütün müsbət işlər eyni zamanda pərdəarxası fəaliyyətin də nəticəsidir”
-
“Ən vacib məsələlərdən biri normallaşmaya gedilməsi və gələcəklə bağlıdır”
-
Rusiya sülhməramlılarının Azərbaycandan tam çıxarılması prosesinə başlanılıb - Müdafiə Nazirliyi
-
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi - Kərəm Vəliyev
-
Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
-
Blinken çinli həmkarı ilə görüşüb
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı
-
Əqli mülkiyyət hüququnun qorunması Ombudsmanın fəaliyyət istiqamətləri arasındadır
-
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər
-
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
-
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
-
Mastercard: Azərbaycan təmassız ödənişlər üzrə regional liderdir
-
Yanvar-mart aylarında Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
-
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edildi
-
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu qaydası hazırlanacaq
-
Tarixi zəfərimizin əqli mülkiyyətə müsbət təsirləri var - Kamran İmanov
-
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
-
Trampın müşavirləri ABŞ dollarından imtina edən ölkələrə qarşı sanksiyalar barədə düşünürlər
-
Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı gözlənilir
-
Qızıl və gümüş yenidən bahalaşıb
-
KİV: ABŞ Ukraynaya yeni yardım paketini elan edə bilər
-
Keçmiş ukraynalı nazir həbs olunub
-
Bakıda evdə meyit tapılıb
-
Azərbaycanda general-mayor vəfat edib
-
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb