Bakıda Mahmud Kaşğarlı Hekayə Müsabiqəsi Mədəniyyət

Bakıda Mahmud Kaşğarlı Hekayə Müsabiqəsi

Dekabrın 8-də Azərbaycan Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət xadimləri və dövlət strukturlarının nümayəndələri iştirak edəcək, Qədim Musiqi Alətləri Ansamblının ifasında konsert proqramı təqdim olunacaq. Müsabiqədə Azərbaycan, Balkanlar, Başqırdıstan, Qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Xakasiya, Yakutiya, Altay, Tuva, Şimali Kipr Respublikası daxil olmaqla 25-ə yaxın ölkədən yazarlar iştirak ediblər. Birinci yer üçün 1000 TL (Türkiyə lirəsi), ikinci yer üçün 750 TL, üçüncü yer üçün 500 TL məbləğində mükafat nəzərdə tutulub. Tədbir çərçivəsində türk dünyasında "İlin Ədəbiyyat Adamı - 2014" mükafatı da təqdim olunacaq.