08:08
742
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Sehirli Əllər" adlı rəsm sərgisi keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, sərgidə bir sıra rəssam xanımlar iştirak edərək müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərini nümayiş etdiriblər.
Canvas platformasında hazırlanmış dizayn və bədii tərtibat işlərinin təqdim olunduğu sərgidəki əsərlər iştirakçıların yaradıcılıq və dizayn bacarıqlarını əks etdirib.
Bununla yanaşı, müxtəlif əl işləri və sənətkarlıq nümunələrindən ibarət məhsullar da nümayiş etdirilib. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof. Dr. Tarek Aboul Fotouh qeyd edib ki, , bu tədbirin əsas məqsədi bədii və sənətkarlıq istedadlarını dəstəkləmək, rəssamlara öz yaradıcılıqlarını nümayiş etdirmək imkanı yaratmaq və incəsənətin ifadə və yaradıcılıq vasitəsi kimi əhəmiyyətini önə çıxarmaqdır.
Cavid
17 İyun 23:58
1 050
17 İyun 16:32
1 288
17 İyun 11:57
1 393


