Azərbaycan-Qətər işgüzar görüşü keçirilib İqtisadiyyat

Azərbaycan-Qətər işgüzar görüşü keçirilib

Tural

Mayın 10-da Bakı Biznes Mərkəzində Qətər Dövlət İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin rəisi Şeyx Əbdüləziz Ali Əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qətər işgüzar görüşü keçirilmişdir.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası ilə Qətər Əmirliyi arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulamışdır. Azərbaycan və Qətər arasında hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrup fəaliyyət göstərir, birgə biznes forumlar, işgüzar görüşlər təşkil olunur. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Niyazi Səfərov Şeyx Əbdüləziz Ali Əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş bugünkü işgüzar görüşün də əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirmişdir.
Qeter-10-05-2016-2Tədbirdə Qətər nümayəndə heyətinə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə geniş məlumat verilmişdir.
Qətər Dövlət İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin rəisi Şeyx Əbdüləziz Ali Əl-Tanini iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın iqtisadi uğurlarının qətərli iş adamlıarı tərəfindən də yüksək qiymətləndirildiyini, hər iki ölkənin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir. Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Hüseyn Paşayev qurumun fəaliyyətinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər. Tədbirin sonunda Qətər İnvestisiya Qurumunun analitiklərinin sualları cavablandırılmışdır.