İşdən çıxarılan 20 nəfər əvvəlki iş yerinə bərpa olunub İqtisadiyyat

İşdən çıxarılan 20 nəfər əvvəlki iş yerinə bərpa olunub

Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan vətəndaş müraciətlərinə əsasən görülən tədbirlər nəticəsində 783 min 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin məbləğin 95%-i (742 min 788 manat) gecikdirilmiş əmək haqlarından, qalan hissəsi isə işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Qeyd olunan ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlər əmək qanunvericiliyinin müvafiq tələbləri barədə məlumatlandırılıb, onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.Yanvar-avqust aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 20 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən edilib və həmin vətəndaşların yenidən əvvəlki iş yerlərinə bərpası təmin olunub.