CAREC-in strategiyasında nəzərdə tutulan hədəflər İqtisadiyyat

CAREC-in strategiyasında nəzərdə tutulan hədəflər

CAREC-in (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu) 2022-ci ilədək strategiyasında nəzərdə tutulan hədəflər və onların icrası müzakirə olunub. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu xəbər verir ki, İnstitutun strateji inkişaf və xarici əlaqələr üzrə direktor müavini Aynurə İsmayılova və Asiya İnkişaf Bankının (ADB) CAREC proqramının ölkəmiz üzrə əlaqələndiricisi Əşrəf Quliyev CAREC-in İdarəetmə Şurasının Çinin Siamen şəhərində keçirilən VII iclasında iştirak ediblər.
CAREC Proqramının Əfqanıstan və Pakistan istisna olmaqla, digər üzv dövlətlərinin nümayəndələrinin iştirak etdikləri iclasda CAREC İnstitutunun direktoru Sanjaasuren Bayaraa ötən ilin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. İclasın gündəliyi əlavə və dəyişiklik olmadan qəbul edilib. İki gün davam edən tədbirdə nümayəndələr gündəlikdəki məsələlərin müzakirəsinə başlayaraq, CAREC İnstitutunun 2017-ci il üzrə nəzərdə tutulan iş planının icrasına dair hesabat təqdimatı dinlənilib, 2018-ci il üzrə iş və işə qəbul planları təsdiqlənib, Məsləhət Şurasının üzvlərinin təyinatı və yeni üzvlərinin seçilməsi məsələlərinə baxılıb, CAREC İnstitutunun 2022-ci ilədək strategiyasında nəzərdə tutulan hədəflər və onların icrası, habelə 2018-ci il üzrə büdcəsinə dair məsələlər müzakirə olunub və təsdiqlənib.
Xatırladaq ki, 2016-cı ildə Gürcüstanın qəbul edilməsi ilə hazırda CAREC Proqramında təmsil olunan üzv ölkələrin sayı 11-dir. Azərbaycan isə 2003-cü ildən etibarən CAREC-ə üzvdür.