Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini İqtisadiyyat

Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Sumqayıt Sənaye Parkının ərazisində yerləşən şüşə zavodunun tikintisi layihəsi başa çatır.
Bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin ("BakuBuild 2019) açılışında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, bu layihəyə qoyulan investisiyaların həcmi 82 milyon dollar təşkil edir.
N.Səfərovun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunun təkmilləşməsinə yönəlmiş dövlət siyasəti çərçivəsində son illərdə iqtisadiyyatın bir çox sahələrində, xüsusilə də istehsal sektorunda ciddi irəliləyiş müşahidə olunur.
Nazir müavini əlavə edib ki, müsbət dinamika həmçinin tikinti sahəsində də qeydə alınıb.
Qeyd edək ki, Bakıda keçirilən sərgidə 23 ölkədən 280 şirkət iştirak edir.